Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

Mijatovic: "Azərbaycanda müstəqil mediaya qarşı repressiyalar dayandırılmalıdır"


Azərbaycanda bloqqer Mehman Hüseynovun saxlanmasından sonra ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatoviç noyabrın 10-da tələb edib ki, Azərbaycanda müstəqil mediaya və ifadə azadlığına qarşı artan repressiv addımlar dayandırılmalıdır.

Mijatovic deyib :”Praktiki olaraq Azərbaycanda bütün müstəqil media təmsilçiləri və media QHT-ləri məqsədyönlü, çox vaxt da əsassız ittihamlarla təqib olunur”.

Mijatovic ATƏT-in 11-ci Cənubi Qafqaz Media Konfransında iştirak etmək üçün Tbilisiyə gedib.

Mehman Hüseynov məhz bu konfransa gedəndə noyabrın 10-da onu Bakı hava limanından buraxmadılar.

Mijatovic qeyd edib ki, konfransa dəvət olunan Xədicə İsmayılova da konfransa gedə bilməyəcək, səbəb -hakimiyyətin onun səfər edə bilməsinə qoyduğu məhdudiyyətlərdir.

Mijatovic deyib: "Mən Azərbaycan hakimiyyətini azad mediaya qarşı bu düşmənçilik yanaşmasını dayandırmağa çağırıram".

XS
SM
MD
LG