-
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın noyabrın 10-a təyin etdiyi mitinqinə razılıq verib.
Bu haqda AzadlıqRadiosuna Milli Şuranın mətbuat xidmətindən məlumat verib.
Mitinq metronun «İnşaatçılar» stansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçiriləcək.
Bundan öncə Milli Şura mitinq keçirmək üçün BŞİH-nə müraciət etmişdi.