Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:21

Prezident Administrasiyası rəhbərinin oğlu ölüb


-

Rusiyanın prezident administrasiyasının rəhbəri Sergey İvanovun 37 yaşlı oğlu ölüb.

Xarici ticarət bankı olan Vneşekonombank bəyanat verib ki, bankın sədr müavini Aleksandr İvanov faciəli şəkildə ölüb.

Bankın bəyanatında onun necə və harda ölməyi bildirilmir.

Bank bu bəyanatı öz saytına yalnız Rusiyanın müxalifət televiziyası olan Dojd və Forbes jurnalı bu barədə yazandan sonra qoyub. Bu iki media isə xəbər verirdi ki, İvanov Birləşmiş Ərəb Əmirliklərində ölüb.

Bəzi məlumatlara görə, o, suda batıb.

Aleksandr İvanov Moskvada vaxtilə qalmaqalın mərkəzində idi. O, maşın sürərkən bir yaşlı qadını vurmuşdu və qadın ölmüşdü.

Ona qarşı əvvəlcə ölümə gətirən ehtiyatsızlıq ittihamı irəli sürülmüşdü, sonra bu da götürüldü və o, heç vaxt məsuliyyətə cəlb olunmadı.

Onun atası Sergey İvanov isə keçmiş KQB zabitidir və Putinin köhnə tərəfdaşıdır. Sergey İvanov 2011-ci ilin dekabrından prezident administrasiyasının rəhbəridir.

XS
SM
MD
LG