Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:43

Türkiyədə məhkum olunmuş zabitlərin cinayət işinə yenidən baxılır


 General Cetin Dogan 2014-cü ilin fevralında məhkəməyə təslim olmazdan qabaq mediaya danışır
General Cetin Dogan 2014-cü ilin fevralında məhkəməyə təslim olmazdan qabaq mediaya danışır

İstanbul məhkəməsi islamçı hökuməti devirmək planında ittiham olunan 236 hərbi zabitin cinayət işinə yenidən baxır.

Buna səbəb Konstitusiya məhkəməsinin qərarıdır ki, müttəhimlərin məhkəmə vaxtı hüquqları pozulub.

2012-ci ildə 300 nəfər vəzifədə və ya istefada olan zabit 20 ilədək həbs cəzası aldı.

Uzunmüddətli həbsə məhkum olunanlar arasında keçmiş baş hərbi komandan Cetin Dogan, hərbi hava və dəniz qüvvələrin baş qərargah rəisləri var.

Türkiyədə hərbçilər uzun müddət dünyəvi dövlətin keşikçiləri olub. Onlar 1960 və 1980-cı illərdə çevriliş ediblər, 1997-ci ildə isə islamçı hökuməti hakimiyyətdən getməyə məcbur etdilər.

XS
SM
MD
LG