Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:44

Suriyaya döyüşə getdiyi iddia edilən Azərbaycan vətəndaşı saxlanıb


Foto: Arxiv
Foto: Arxiv

-

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şəki sakini Rahim Hacıyev Suriyada terrorçu qruplara qoşulmaq məqsədilə ölkəni tərk etmək istəyərkən saxlanıb.

R.Hacıyev həmyerlisi Samir Abdurrəhmənova qarşı dələduzluq da suçlanır. DİN bildirir ki, o, S.Abdurrəhmənovdan avtomobil satmaq adı ilə 11 min manat alıb, avtomobili başqa yerdə gizlətdikdən sonra yoldaşı ilə birgə Suriyaya getmək istəyirmiş.

R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb. Məhkəmə istintaq müddətində onun həbsi ilə bağlı qərarı verib.

Bu, Daxili İşlər Nazirliyinin mövqeyidir. Saxlanan Rahim Hacıyevin vəkili və ya yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

XS
SM
MD
LG