Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:07

İranlı deputatlar prezidenti qadın musiqiçilərə qadağa qoymağa çağırır


Tehranda teatr
Tehranda teatr

-

Bir qrup iranlı deputat prezident Hassan Rouhani-yə qadın musiqiçilər və müğənnilərin fəaliyyəti ilə bağlı etiraz məktubu yazıb.

Media forum saytının məlumatına görə, parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Hossein Naghavi Hosseini jurnalistlərə deyib ki, prezident qadın müğənnilərin fəaliyyətinin qarşısını almasa, deputatlar özləri tədbir görəcək:

«Bir sıra deputatların imzası ilə Rouhani-yə məktub yazıb qadın musiqiçilər və müğənnilərin fəaliyyətinə etiraz bildirmişik. Ruhani deputatların məsələ ilə bağlı narahatlığına fikir verməsə, ölkə parlamenti öz qanuni səlahiyyətlərindən yararlanaraq problemin həllinə çalışacaq.

Ölkədə qadın musiqiçilərin səhnəyə çıxması tabusu sındırılıb. Bu isə bizim dini dəyər və inamımıza ziddir. Güman edirik ki, islami irşad və mədəniyyət naziri, eləcə də ölkə prezidenti ölkədə bu kimi halların baş verməsində məsuliyyət daşıyır və buna cavabdeh olmalıdır».

XS
SM
MD
LG