Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:19

İraqda 1000-dən çox adam ölüb


İraqda olan zorkılıqlara görə oktyabrda burada 1273 adam ölüb. BMT noyabrın 1-də açıqladığı hesabatda belə deyilir. Birləşmiş Millətlər Yadrım Missiyasının (UNAMİ) hazırladığı hesabatda göstərilir ki, ən az 856 mülki, 417 təhlükəsizlik xidməti əməkdaşları həlak olub, 2000 -ə qədər adam yaralanıb.
Hesabatda qeyd olunur ki, paytaxt Bağdad ən çox itkilərin olduğu şəhərdir, burada ölənlərin sayı 379 nəfərdir.

UNAMİ bildirir ki, İslam Dövləti yaraqlıları ilə hökümətyönlü qüvvələrin çox savaşdığı Anbar əyalətində isə rəqəmlər daha dəhşətlidir.

İraq höküməti isə oktyabr üçün ölü sayısının 1725 olduğu və ən yüksək həddə çatdığını bildirib.

XS
SM
MD
LG