Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

ABŞ Britaniya bankını İran sanksiyalarını pozmaqda ittiham edir


ABŞ-ın hakimiyyət orqanları Londonda mənzillənmiş Standard Chartered Plc bankını Dubayda İranın nəzarətində olan qurumlarla əlaqələrdə şübhəli bildiyini elan edib.

Britaniya bankı üzərinə şübhə Fransanın BNP Paribas bankının istintaqı nəticəsində düşüb.

Fransa bankı İranla bağlı olduğu iddia olunan qurumlarla əməliyyatlarını etiraf etdikdən sonra cərimə olaraq 8, 9 milyard dollar ödəyib.

Təhqiqat zamanı aşkar edilib ki, İrana bağlı həmin qurumlarla Standard Chartered bankının da işbirliyi olub.

Fransanın Paribas bankının Dubayda İranın nəzarətində olduğu düşünülən qondarma vahidlərlə maliyyə əməliyyatları apardığı iddia edilir, bu isə İrana qarşı sanksiyaların pozulması anlamına gəlir.

XS
SM
MD
LG