Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:54

Senator Cardin: «Leyla Yunus azad olunmalıdır»


-

ABŞ senatoru Ben Cardin hesab edir ki, Azərbaycan insan haqları müdafiəçisi Leyla Yunusu azad etməlidir və ona həkimlərə və vəkillərə çıxış verilməlidir.

“Leyla Yunusun vəkilə çıxışa ehtiyacı var və onun müalicəyə ehtiyacı var. Azərbaycan onu dərhal azad etməlidir”. Cardin bunu Twitterdə oktyabrın 31-də yazıb.

Leyla Yunus bu həftə yazdığı məktubunda bildirirdi ki, onun vəkili Cavad Cavadov onu məhkəmədə təmsil etməkdən uzaqlaşdırılıb.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus vətənə xəyanət və başqa cinayətlərdə ittiham olunaraq bu yay həbs olunublar.

Bakı məhkəməsinin qərarı ilə onlar məhkəməyə qədər həbsxanada qalmalıdırlar.

Cardin hesab edir ki, məhkəmənin bu qərarları cəza verməkdir və buna ehtiyac yox idi.

XS
SM
MD
LG