Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:04

Burkina Faso prezidenti istefa verdi


Burkina Faso prezidenti Blaise Compaore istefa verdiyini elan edib. O, 27 il idi ki, hakimiyyətdə idi.

Onun istefasına səbəb ölkəni bürüyən etirazlardır.

Compaore oktyabrın 31-də bəyanat verib ki, ölkədə hakimiyyət boşluğu yaranıb və 90 gün ərzində azad və şəffaf seçki keçirilməlidir.

Onun istefasından sonra ordu başçısı Honore Traore dövlət başçısı vəzifəsini öz üzərinə götürdüyünü elan edib.

Bir gün qabaq etirazçılar parlament binasına od vurdu.

Bu vaxt parlament Compaorenin 2015-ci ildə yenidən prezident seçilməsinə imkan verən qanuna səs vermək istəyirdi.

Compaore 1984-cü ildə hakimiyyətə çevrilişlə gəlib və 4 dəfə mübahisəli seçki ilə prezident olub. Hazırda onun Qana ilə sərhəddə olan Po şəhərinə getdiyi güman olunur.

XS
SM
MD
LG