Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Qazaxıstanda "yaşıl adamlardan" yazan saytı məhkəməyə verirlər


Latviyada qərarlaşan rusdilli xəbər saytı Meduza.io Qazaxıstanda blok olunub və Qazaxıstanın investisiylara və inkişaf nazirliyi saytı məhkəməyə verib.

Nazirlik oktyabrın 30-da bildirib ki, saytda çıxan bir məqalə Qazaxıstanda milli ədavət salır və ölkənin ərazi bütövlüyünə təhlükə yaradır.

Məqalə Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində yaşayan ruslar haqqındadır. “Məqalənin adı Ust-Kamenoqorsk Xalq Respublikası: Yerlilər nəzakətli yaşıl adamlara hazırdırlarmı?”

“Nəzakətli yaşıl adamlar” deyəndə xarici ölkələrdə Rusiyanın hərbi hissəslərinin yerləşdirilməsi, bu zaman həmin hərbçilərin fərqləndirici nişanları olmayan yaşıl uniforma geyməsi nəzərdə tutulur.

Rusiya Krımda məhz “yaşıl adamlar”dan istifadə etmişdi.

XS
SM
MD
LG