Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

Ukrayna,Rusiya və Avropa Birliyi arasında qaz danışıqları başlanıb


Brüsseldə Ukrayna, Rusiya və Avropa Birliyi arasında qaz danışıqları başlanıb. 3-tərəfli danışqlardan qabaq Avropa Birliyinin enerji komissarı Oettinger əvvəlcə Ukraynanın energetika naziri Prodan və Rusiyanın energetika naziri Novakla ayrılıqda görüşüb.

3-tərəfli danışqlarda 3 əsas məsələ var: Ukrayna üçün qazın qiyməti, yeni qaz alınmasına mümkün maliyyə dəstəyi, yəni Ukraynanın 3-4 milyard kub metr qaz ala bilməsinə necə yardım etməli və Moskva ilə Kiyev arasında sazişin forması, yəni bu, protokol olacaq yoxsa saziş. Bunu Oettinger deyib.

Novak isə bildirib ki, Rusiya bu gün danışıqları yekunlaşdırıb, qaz sazişini bağlamaq istəyir.

XS
SM
MD
LG