Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

Dövlət İttihamçısı Oqtay Gülalıyevin oğluna 1 il şərti cəza istəyib


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

-

Oktyabrın 29-da Xətai rayon Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevin işi ilə bağlı proses başa çatıb.

Prosesdə öncə şahidlər dindirilib. Daha sonra iddiaçının səlahiyyətli nümayəndəsi çıxış edərək, şikayət ərizəsinin geri götürülməsi ilə bağlı ərizə təqdim edib.

Proses başa çatdıqdan sonra dövlət ittihamçısı məhkəmədən Əli Gülalıyevin 1 il şərti azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarılmasını istəyib.

Hökm oktyabrın 30-da oxunacaq.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG