Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:28

Türkiyədə şaxtada qəza olub


-

Türkiyədə daş kömür şaxtasında qəzada 19 şaxtaçı yerin altında qalıb. Şaxta Karaman vilayətində Ermenek şəhəri yaxınlığındadır. Media məlumatlarına görə, şaxtanın içini sel basıb, 25 şaxtaçı xilas olunub, 19-u isə hələ yerin altındadır. Karamanın qubernatoru Murat Koca deyib ki, yerin altında su yığılıb və şaxtanın içindəki dəhlizlərə axıb.

Enerji naziri Taner Yildiz və Nəqliyyat naziri Lutfi Elvan qəza yerinə gediblər.

6 ay əvvəl Türkiyənin Soma şəhərində şaxtada qəzada 301 şaxtaçı həlak olmuşdu.

XS
SM
MD
LG