Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:41

Petro Poroshenko yeni hökümətin formalaşdırılacağını deyib


Parlament seçkisi,Kiyev
Parlament seçkisi,Kiyev

Ukrayna prezidenti Petro Poroshenko qərbyönümlü partiyaların parlament seçkisini qazanmasını müsbət qiymətləndirib. Tezliklə yeni höküməti formalaşdırılacağını deyib.

Oktyabrın 26-da axşam saatlarında ölkənin on milli televiziyası ilə çıxış edən prezident bildirib ki, seçicilərin 75 faizindən çoxu “Ukraynanın Avropa yoluna güclü dəstək” verib.

“Exit-poll”arın nəticələrinə görə, prezidentin bloku birinci, baş nazir Arseniy Yatsenyuk-nun rəhbərlik etdiyi “Xalq Cəbhəsi” ikinci yerdə gəlir.

Poroshenko-nun sözlərinə görə, oktyabrn 27-də koalisiya danışıqlara başlayacaq və “Xalq Cəbhəsi” onların əsas tərəfdaşı olacaq.

Prezident konstitusiyada fundamental dəyişikliklər etmək üçün parlamentdə çoxluq təşkil edəcəklərinə ümid etdiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG