Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

Neymar Dungaya qarşı çıxdı


Neymar
Neymar

Braziliyalı futbolçu Neymar məşqçinin qadağasına baxmayaraq bazar günü ölkədə keçiriləcək prezident seçkilərində mərkəzi namizəd Aecio Nevesə səs verəcəyini bildirib.

Baş məşqçi Dunga bundan bir neçə saat əvvəl oyunçulara siyasi və dini bəyanatlarla çıxış etməməyi xəbərdarlıq edib.

22 yaşlı Neymarın “YouTube” da yaydığı bəyanatda deyilir:

“Biz öz mövqeimizi bildirməkdən çəkinməməliyik. Namizədi seçmək bizim demokratik hüququmuzdur”.

Dunga bundan bir neçə saat əvvəl Neymarı yığmanın kapitanı təyin edib. O həmçinin oyunçulara sırğa taxmaq, kepka geymək, yemək və söhbət zamanı mobil telefon və iPad-dan istifadə etməyi qadağan edib.

Neymar Ronaldodan sonra Nevesə səs verəcəyini bəyan edən ikinci futbolçudur.

XS
SM
MD
LG