Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:58

Suarez Realla oyunda meydana çıxacaq


Foto arxiv
Foto arxiv

Rəqibini dişlədiyinə görə Luis Suarezə qoyulan 4 aylıq qadağa oktyabrın 24-də sona yetib.

Artıq onun şənbə günü La Liqada Real Madridlə qarşılaşmada Barselonanın heyətinə qatılacağı gözlənilir.

Bu barədə Barselonanın baş məşqçisi Luis Enrique məlumat verib.

Suarez həmin oyunda bir neçə dəqiqə oynayacaq.

Hazırda La Liqada turnir cədivəlinə 22 xalla Barselona başçılıq edir.

Komanda bu il 8 oyunda qapısından top buraxmayıb.

Son həftələr formasını bərpa edən Real isə hazırda 3-cü yerdədir, əsas rəqiblərindən 4 xal dala qalır.

İkinci yerdə isə Seviliya klubu gəlir.

XS
SM
MD
LG