Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:25

Dünyada vərəm xəstələrinin sayı düşünüldüyündən yarım milyon çoxdur


Əfqanıstanda vərəm xəstəsi
Əfqanıstanda vərəm xəstəsi

Dünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada vərəm xəstələrinin sayı düşünüldüyündən yarım milyon çoxdur.

Bu, məlumatların toplanması işinin yaxşılaşdırmasından sonra bəlli olub.

Təşkilatın oktyabrın 22-də açıqlanan hesabatına görə, 2013-cü ildə dünyada 9 milyon adamda vərəm xəstəliyi olub, onlardan 1,5 milyonu ölüb. Xəstələr arasında 360 min adamda HİV xəstəliyi də var.

Təşkilat bildirir ki, vərəmdən ölmə isə azalır. 1990-cı ildən bəri ölümlər 45 faiz azalıb. Yoluxmaların illik sürəti də azalıb. Hər il xəstəliyə yoluxanların sayı 1,5 faiz azalır.

Vərəmə yoluxub, ancaq bu barədə məlumat verilməyən xəstələrin sayı isə 3 milyondur.

Vərəmlə mübarizədə isə ildə 2 milyard dollar pul çatışmazlığı var.

XS
SM
MD
LG