Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

Putin və Poroshenko qaz məsələsini müzakirə edib


Rusiya prezidenti Putin və Ukrayna prezidenti Poroshenko oktyabrın 21-də telefonla danışaraq Ukraynanın şərqindəki sülh prosesini və qaz məsələsini müzakirə ediblər.

Rusiya Ukraynaya qazın qiymətini Yanukovich fevral ayında devriləndə qaldırdı. İyun ayında isə Ukrayna qazın qiymətini ödəyə bilməyəndə qazı kəsdi.

Keçən həftə Milanda hər iki president qazın 385 dollar qiymətinə razılaşdı. Bu, Rusiyanın istədiyindən 100 dollar azdır və mart ayına kimi alınan qaza aiddir.

Ukrayna martdan sonra alacağı qaza 325 dollar təklif edir. Rusiya 385 dollar istəyir.

XS
SM
MD
LG