Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:45

Dövlət Departamentinin nümayəndəsi Bakıda mətbuatın problemlərini müzakirə edir


Bayraqlar
Bayraqlar

-

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika yardımı üzrə ofisinin Avrasiya şöbəsinin direktor müavini Noah Krystel oktyabrın 21-də Azərbaycan KİV rəhbərlərindən ibarət qrupla görüşüb.

Səfirliyin mətbuat xidmətindən Turan-a bildirilib ki, KİV-in vəziyyəti və problemləri, həmçinin söz azadlığının vəziyyəti müzakirə olunub.

Qeyri-rəsmi məlumatlara görə, Noah Krystel bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.

Bu ilin yayında Azərbaycan hakimiyyəti ABŞ və Qərb qrantları üzrə layihələrin reallaşmasının qarşısını alıb. Ötən həftə qanunverici məhdudiyyətlər qəbil edilib. Bu məhdudiyyətlərə görə, xarici donorlardan qrant almaq yalnız Azərbaycan hökumətinin razılığı ilə ola bilər.

XS
SM
MD
LG