Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:14

Koalisiya Kobanidə İD mövqelərinə 6 hava zərbəsi endirib


ABŞ-ın başçılıq etdiyi koalisiya İslam Dövləti yaraqlılarının Kobani şəhərindəki mövqelərinə oktyabrın 19-da 6 hava zərbəsi endirib.

Britaniyada qərarlaşan İnsan Haqları üzrə Suriya Müşahidəsi təşkilatı bildirir ki, kürd döyüşçülərlə İslam Dövləti yaraqlıları arasında Kobani şəhərinin qərbində döyüşlər gedir.

Türkiyə prezidenti Erdogan isə Kobaninin müdafiəçilərinə istənilən hərbi yardımı istisna edir.

Anadolu agentliyinin məlumatına görə, Erdogan deyib ki, Suriya kürdlərinin partiyası olan Demokartik Birlik partiyası özünün bağlı olduğu PKK kimi “terrorçu təşkilatdır”.

XS
SM
MD
LG