Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:37

İsveç sularında müəmmalı sualtı qayıq axtarışı davam edir


İsveçdə Stokholm yaxınlığında suyun altında iddiaya görə zədələnmiş Rusiya sualtı qayığının axtarışı ətrafında müəmma davam edir.

Şənbə günü axşam İsveç paytaxtı ətrafındakı sularda 50 km radiusunda hərbi əməliyyat genişləndirildi.

İsveçin helikopterləri, gəmiləri əməliyyata qoşuldu. Əməliyyat isə cümə günü başlanıb. Hərbçilər həmin gün suda “insanın düzəltdiyi obyekti” axtardıqlarını deyirdilər.

Rəsmilər sualtı qayıq axtardıqlarını isə inkar edirlər.

Ancaq İsveçin nüfuzlu Svenska Daglbladet qəzeti yazıb ki. hərbçilər zədələnmiş Rusiya sualtı qayığını axtarırlar.

Rusiya həmin sularda sualtı qayığının olmasını inkar edir.

Qəzet isə İsveç kəşfiyyatına istinadla yazır ki, kəşfiyyat radio siqnalları tutub. Radio siqnalların mənbəyi Stokholmla Kalininqrad arasında, sulardadır. Həmin tezlikli siqnallar Rusiyada istifadə olunur. Onlar fövqəladə vəziyyət siqnallarıdır.

2000-ci ildə Rusiyanın Kursk sualtı qayığı batdı və 118 adam həlak oldu. Gəmi batanda Rusiya kömək istəmədi, Sonralar Rusiyanı tənqid edirdilər ki, vaxtında bildirmədi və beynəlxalq aləm kömək edə bilmədi.

XS
SM
MD
LG