Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:34

Lavrov: "Sanksiyalarda əsil məqsəd Ukrayna deyil"


Kerry və Lavrov (sağda)
Kerry və Lavrov (sağda)

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Rusiyanın NTV televiziyasına müsahibəsində deyib ki, sanskiyaların ləğvi üçün Rusiya Qərbin dediklərini etmək fikrində deyil.

O deyib: “Bizə deyirlər ki, Ukraynada böhranı həll etməyə kömək edin, biz sanskiyaları ləğv edək. Gəlin, sizin üçün meyar qoyaq. Bir addım atın, elə edin ki, Ukraynanın şərqindəki yaraqlılar müşahidəçiləri Rusiya ilə sərhəddə buraxsınlar”.

Lavrov deyib: “Biz onlara çox sadə cavab veririk. Heç bir meyarı və belə şərti biz yerinə yetirmək və ya razılşadırmaq fikrində deyilik”.

Lavrovun sözlərinə görə, sanksiyaların həqiqi məqsədi Ukrayna deyil. O deyib ki, “sanksiyaları tətbiq edən bizim tərəfdaşlar bunu gizlətmirlər. Onların bəyanatlarından və hərəkətlərindən həmişə görünür ki, həqiqi məqsəd Rusiyanı dəyişməkdir, bizim üçün prinsipial məsələrdə mövqeyiminin dəyişməyidir və Qərbin mövqeyini qəbul etməyə bizi məcbur etməkdir”.

Lavrov deyib ki, “bu, keçmiş dövrdür, müstəmləkə düşüncəsidir.”

XS
SM
MD
LG