Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Türkiyə və Əfqanıstan əməkdaşlıq müqaviləsi imzalayıb


Türkiyə və Əfqanıstan strateji əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqavilə təhlükəsizlik, yenidənqurma, ticarət və investisiya sahələrindəki əməkdaşlığa dair öhdəlikləri müəyyən edir. Pakt Türkiyə prezidenti Recep Tayyip Erdoganın Əfqanıstana birgünlük səfəri zamanı imzalanıb.

Erdoğanın prezident seçiləndən sonra bu ölkəyə etdiyi ilk səfəridir. Recep Tayyip Erdogan və onun əfqan həmkarı Ashraf Ghani birgə keçirdikləri mətbuat onfransında bildiriblər ki, saziş Əfqanıstanın mədənçilik sektoruna nəhəng Türk investisiyasını nəzərdə tutur.

Səfər zamanı Erdoğan bu ölkənin ən yüksək şərəf medalı - Qazi Amanullah Xan medalı ilə mükafatlandırılıb. Təltifetmə Türkiyənin maliyyə dəstəyi ilə Kabulda tiklilmiş yolun açılışında edilib.

2001-ci ildə Talibançıların devrilməsindən sonra Türkiyə Əfqanıstanın hərbisini, yenidənqurmasını və iqtisadiyyatını dəstəkləməkdə böyül rol oynayır.

XS
SM
MD
LG