Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:30

Ukrayna Rusiya ilə qazın qiyməti məsələsində razılığa gəldiyini bəyan edib


Arxiv
Arxiv

Reuters agentliyinin yaydığı xəbərdə deyilir ki, Ukrayna və Rusiya qazın qiyməti məsələsində keçid razılaşması əldə ediblər.

Bununla belə, Ukrayna prezidenti Petro Poroshenko deyib ki, bu qış qazla təchiz olunmaq üçün Kiyevin beynəlxalq maliyyə yardımına ehtiyacı olacaq.

Poroshenko və Putin İtaliyanın Milan şəhərində Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Rusiya iki ildir davam edən mübahisələrin ardınca ötən iyun ayında Ukraynaya qaz verilməsini dayandırıb.

Ukrayna lideri bəyan edib ki, əldə olunmuş razılaşmaya əsasən martın 31-dək olan müddətdə qazın qiyməti hər 1000 kubmetr üçün 385 dollar olaraq razılaşdırılıb.

2009-cu ildə o vaxtkı baş nazir Yulia Tymoshenko-nun imzaladığı sazişə görə Ukrayna qazın hər min kubmetri üçün 485 dollar ödəməli idi.

Poroshenko əlavə edib ki, Naftogaz dövlət şirkətinin Rusiyaya olan borcları ödəyə bilməməsinə səbəb separatçı Donetsk və Luqansk regionlarında istehlakçıların qaz haqqını ödəməməsi olub.

Ukrayna prezidenti deyib ki, maliyyə yardımı üçün Beynəlxalq Valyuta Fonduna müraciət ediləcək.

XS
SM
MD
LG