Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:34

İlham Əliyev Qərb bölgəsinə səfərdədir


«Qarabağ SPA and Resort»
«Qarabağ SPA and Resort»

-

Oktyabrın 17-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda «Qarabağ SPA and Resort» otel kompleksinin açılışında iştirak ediblər. Prezident rəmzi lenti kəsib.

2012-ci ildən inşasına başlanan 5-mərtəbəli otel kompelksi 264 yerdən, 132 otaqdan ibarətdir.

Açılış mərasimində prezidentə məlumat verilib ki, 13 hektardan çox sahəsi olan kompleksin ən mühüm cəhəti yaxınlıqda çoxsaylı istirahət məkanlarının olmasıdır. Bu da regionda turizmin inkişına öz təsirini göstərəcək.

Bundan əvvəl İlham Əliyev Daşkəsəndə olub. Orada yeni avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin açılışını edib.

XS
SM
MD
LG