Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:26

Milanda Ukrayna münaqişəsi müzakirə olunub


Foto arxiv
Foto arxiv

Italiyanın baş naziri Matteo Renzi Ukrayna münaqişəsinin həllinə nigbin yanaşır.

O bunu oktyabrın 17-də Milanda keçirilən görüşdən sonra deyib.

Avropa-Asiya sammiti çərçivəsində baş tutan görüşdə Rusiya prezidenti Vladimir Putin , Ukrayna prezidenti Petro Poroshenko, Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande,, Böyük Britaniyanın baş naziri David Cameron və digər Avropa liderləri iştirak ediblər.

Həmçinin Rusiya prezidenti Vladimir Putin görüşün müsbət ab-havada keçirildiyini deyib.

David Cameronun sözlərinə görə, Vladimir Putin Avropa Birliyi liderlərini əmin edib ki, Rusiya Ukraynanın bölünməsi və ya münaqişənin dondurulmasını istəmir.

Həmçinin Angela Merkellə Vladimir Putin cümə axşamı Ukrayna böhranını müzakirə ediblər.

Kremlin məlumatına görə hələ də tərəflər arasında fikir ayrılğı mövbcuddur.

Merkel həmin gün Ukrayna prezidenti Petro Poreshenko ilə də görüşüb.

XS
SM
MD
LG