Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:18

Obama deyir ki, Ebola üzrə koordinator təyin edə bilər


ABŞ prezidenti Barack Obama deyir ki, o, Ebola ilə mübarizə üçün xüsusi koordinator təyin edə bilər, ancaq Qərbi Afrikaya səyahəti qadağan etməyin tərəfdarı deyil.

Obamaya təzyiqlər olunur ki, administrasiyanın virusla mübarizəsinə rəhbərlik edəcək şəxs təyin etsin. O, oktyabrın 16-da deyib ki, bunu etmək “məqsədəuyğun ola bilər”.

Eboladan əsasən Qərbi Afrikada 4.500 nəfər həlak olub.

Obama deyib ki, əgər bu qadağa amerikalıları virusdan qoruyacaqsa, “filosofik baxımdan” Ebolanın yayıldığı regiondan səyahət qadağasına qarşı deyil. Ancaq prezidentin sözlərinə görə, ekspertlər ona deyib ki, “səyahət qadağası çıxış yolu deyil”, çünki aeroportlarda yoxlama tədbirləri görülür.

Liberiyadan olan bir nəfərə qulluq edən iki tibb bacısı Ebolaya yoluxub.

XS
SM
MD
LG