Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

Albaniya futbolçularını qəhrəman kimi qarşılayıblar


Albaniya futbolçularını oktybarın 15-də evə qayıdanda qəhrəman kimi qarşılayıblar. UEFA isə bildirib ki, oktyabrın 14-də Serbiya-Albaniya oyununda baş vermiş insidentlə bağlı araşdırmaya başlayır.

Həmin oyunun birinci hissəsi vaxtı meydança üzərində dron peyda olub və təyyarədən Böyük Albaniyanın xəritəsi və siyasətçilərin portretləri olan banner asılmışdı. Serbiya oyunçusu banneri qoparanda Albaniya oyunçuları ilə Serbiya oyunçuları arasında dava düşüb.

Serbiya mediasının məlumatına görə, stadionda olan Albaniyanın baş nazirinin qardaşı Olsi Rama saxlanıb. İddiaya görə, dronu o, idarə edirmiş.

Albaniyanın baş naziri Edi Rama gələn həftə Serbiyaya səsfər etməlidir. Bu, son 68 ildə Albaniya baş nazirinin Belqrada ilk səfəridir.

XS
SM
MD
LG