Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:41

İraqdakı partlayışlarda onlarla adam ölüb


İraqın paytaxtında şiələr yaşayan ərazidə bir neçə bombalı hücum olub.

Nəticədə 33 nəfər ölüb, onlarla adam yaralanıb. Rəsmilər bildirir ki, ilk hücum oktyabrın 11-də olub. Bombaçı partlayıcı dolu avtomobillə Bağdadın şimalındakı Khazimiyah əlalətində yerləşən yoxlama-buraxılış məntəqəsinə girib. Nəticədə 11 nəfər ölüb. İkinci bomba Shoala əyalətinə yaxın ərazidə partlayıb. 7 nəfər ölüb, mağazalara və avtomobillərə zərər dəyib.

Daha bir hücum Shoaladakı yoxlama-buraxılış məntəqəsində olub və 15 nəfər ölüb. Hücuma görə məsuliyyəti heç bir quruplaşma üzərinə götürməyib. Lakin son günlər sünni yaraqlıların tez-tez şiələrə hücum etdiyi müşahidə edilir.

XS
SM
MD
LG