Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:54

Xaricdə işlə bağlı elanlara nəzarət gücləndirilir


-

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsi ilə bağlı elan və reklamlara məhdudiyyət qoyulacaq.

Milli Məclisdən apa-ya verilən məlumata görə, bununla bağlı «Reklam haqqında» qanuna əlavələr təklif edilib.

Qanunun 17-ci maddəsinə əlavə ediləcək 11-ci hissəyə əsasən, «Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər».

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 17-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG