Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Poroshenko Putin-ə məktub göndərən qubernatoru işdən çıxartdı


Donetskin keçmiş qubernatoru Taruta
Donetskin keçmiş qubernatoru Taruta

-

Ukrayna prezidenti Petro Poroshenko Donetsk regionunun rəhbəri Serhiy Tarutanı tutduğu vəzifədən azad edib. Poroshenko bunu Donetsk regionunda Kramatorsk şəhərinə səfəri zamanı elan edib.

Poroshenko bu vəzifəyə Oleksandr Kikhtenkonu təyin edib.

Tarutanın işdən azad olunmasına səbəb göstərilmir.Ancaq Ukraynanın UNİAN agentliyi bildirir ki, Tarutanın çıxarılmasına səbəb onun bu günlərdə 62 yaşı tamam olan Putinə təbrik məktubu göndərməsi ola bilər

XS
SM
MD
LG