Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:41

Dünyada bütün kibercinayətlərin arxasında ən çoxu 100 super kibercinayətkar dayanır


FBİ-ın kibercinayətkar siyahısı
FBİ-ın kibercinayətkar siyahısı

Avropa Polis İdarəsi olan Avropolun Kibercinayətlər üzrə Mərkəzinin rəhbəri Troels Oerting deyib ki, dünyada bütün kibercinayətlərin arxasında təxminən 100 super kibercinayətkar durur. Onların da çoxu rusdilli dünyadandır.

Oktybarın 10-da BBC-yə müsahibə verən Oertingin sözlərinə görə, hüquq-mühafizə orqanlıarı əslində məhdud sayda proqramçını nəzarətə götürməlidir.

O, rus dilli cinayətkar qrupların virus proqramlarını necə yaratmağı və online forumlarda necə satmağından danışıb.

O bildirib ki, Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yaxşılaşır.

O deyib ki, bu yaxınlarda Moskvada olub və ümid edir ki, bunun ardınca həbslər və cəzalar olacaq.

XS
SM
MD
LG