Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:51

ATƏT-in monitorinqi insidentsiz keçib


-

Oktyabrın 9-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində monitorinq keçirib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Füzuli rayonu Aşağı Veysəlli kəndi yaxınlığında keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT sədrinin şəxsi nümayəndəsi Andzey Kasprzyk və onun səhra köməkçisi Evgeny Sharov, təmas xəttinin qarşı tərəfində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Hristo HristovPeter Svedberg keçiriblər.

XS
SM
MD
LG