Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:18

Kobani ətrafında İD mövqelərinə 6 hava zərbəsi endirilib


ABŞ Suriya ilə Türkiyənin sərhəddində olan Kobani şəhəri yaxınlığında İslam Dövləti yaraqlılarının mövqelərinə hava zərbələrini intensivləşdirib.

ABŞ-ın başçılıq etdiyi koalisiya oktybarın 7-dən bəri 6 hava zərbəsi endirib.

ABŞ Mərtkəzi Komandanlığı İD –nin zirehli maşınlarının və artilleriyasının məhv edildiyini bildirir.

Mühasirədə olan Kobani şəhərinin qərb tərəfindən İD öz mövqelərindən geri çəkilib.

Ancaq oktyabrın 8-də Kobani şəhərinin şərq və cənub-şərq hissələrində İD döyüşləri davam etdirir.

Suriya Kürd Hərəkatının PYD-in lideri Salih Muslim Muhammad Azadlıq Radiosuna deyir ki, Kobani küçələrində üzbəüz döyüş gedir. Onun sözlərinə görə, bundan əvvəl hava zərbələri ilə İD-nin tankları məhv edilib.

O deyib ki, hava zərbələri kürd döyüşçülərə kömək edib, ancaq hava zərbələri kifayət deyil.

XS
SM
MD
LG