Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

Human Rights Watch Krımda 5 nəfərin yoxa çıxdığını, zorla aparıldığını bildirir


Human Rights Watch təşkilatı bildirib ki, Krımda azı 5 adam yoxa çıxıb. Təşkilat Krımda Ukraynapərəst olanlara qarşı qorxu və düşmənçilik mühiti yaradıldığını deyir.

Human Rights Watchun məlumatına görə, yoxa çıxanlar zorla aparılıblar.

Onlardan ikisi – gənc Krım tatarları sentyabrın 27-də qara geyimli adamlar tərəfindən mikroavtobusa mindirilib, aparılıb. Qalan 3 nəfərdən də biri Krım tatarıdır. Ukraynapərəst olan bu şəxslər may ayında yoxa çıxıblar. Onlar o vaxt demişdilər ki, rusiyapərəst silahlıların düşmənçiliyi ilə üzləşirlər.

Sentyabrın 29-dan yoxa çıxan Krım tatarı Edem Asanov isə ölü tapıldı.

XS
SM
MD
LG