Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

Kürdlər Kobani uğrunda döyüşür


Suriya,Kobani
Suriya,Kobani

Kürd döyüşçüləri, ABŞ hava zərbələrinin köməyi ilə Suriyanın əsas sərhəd şəhəri olan Kobani uğrunda döyüşü davam etdirirlər. Oktyabrın 5-də verilən məlumatlara görə, İslam Dövləti (İD) yaraqlıları kürdlərin yaşadığı Kobani şəhərinin cənub girişinə nəzarət edən strateji təpənin bir hissəsini ələ keçirib, ancaq hava zərbələri onların irəliləməsini yavaşıdıb.

Kobani rəsmisi Idris Nahsen deyib ki, İD yaraqlıları şəhərin bir kilometrliyində olublar və hava zərbələri ilə onların qarşısını almaq mümkün olmayıb.

Londonda mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirib ki, kürd intiharçı qadın Kobaninin şərqində İD mövqelərinə yaxın yerdə özünü partladıb.

Türkiyə ilə sərhəddə yaxın olan Kobani İD-ə qarşı beynəlxalq koalisiyanın mübarizəsində mühüm cəbhəyə çevrilib.

XS
SM
MD
LG