Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:24

İslam dövləti yaraqlıları Kobani şəhəri ətarfında strateji təpənin bir hissəsini ələ keçirib


Türkiyə-Suriya sərhəddində
Türkiyə-Suriya sərhəddində

İslam Dövləti yaraqlıları kürdlərin yaşadığı Kobani şəhərinin cənub girişinə nəzarət edən strateji təpənin bir hissəsini ələ keçirib.

Suriyadakı İnsan Haqları Müşahidəsi adlı təşkilatın oktybarın 5-də bildirdiyinə görə Kürd Xalqını Mühafizə Birliyi ilə gecə boyu davam edən toqquşmalardan sonra cihadçılar Mishte Nur təpəsinin cənubunu ələ keçirib.

ABŞ koalisiyasının İD-nin hücumlarını dayandırmaq üçün hava zərbələri isə uğursuz alınıb. 180 mindən çox insan Türkiyə ilə sərhəddə qaçıb.

Türkiyə kürdləri və kürd qaçqınlar Türkiyə sərhəddində oktyabrın 4-də etiraz nümayişləri keçirib. Onlar rəsmi Ankaranı İD yaraqlılarına Türkiyə sərhəddini keçməyə və burda kürdlərlə vuruşmağa imkan verməkdə günahlandırır.

XS
SM
MD
LG