Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45

Honq Konqda nümayişçilər barrikadalarn bəzilərini sökməyə razı olublar


Demokratiya tərəfdarı olan nümayişçilər Honq Konqda barrikadaların bəzilərini sökməyə razı olublar.

Nümayişçilər oktyabrın 5-də bu qərarı polisin xəbərdarlığından sonra veriblər. Polis bildirmişdi ki. oktyabrın 6-na normal işi tmin etmək üçün bütün zəruri addımlar atılacaq.

Oktyabrın 5-nə keçən gecə polis rezin dəyənəklərlə və

gözyaşardıcı qazla nümayişçiləri dağıtmağa çalışdı.

Nümayişçilər bildirirlər ki, polis nümayişçiləri dağıtmaq üşün muzdlu cinayətkar aləmdən istifadə edir.

Bütün həftə boyu nümayişlərdə tələb olunur ki, Honq Konq rəhbərliyinə namiəzdləri Honq Konq özü təklif edə bilsin.

Çin isə təkid edir ki, 2017-ci ilin seçkilərində namizədlər yalnız əvvəlcədən təsdiq olunmuş şəxslər ola bilər.

XS
SM
MD
LG