Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:36

Qəbələ RLS-nin ətrafı minalardan təmizlənir


Foto arxiv
Foto arxiv
Qəbələ radiolokasiya stansiyası ərazisindən minaların təmizlənməsi ilin sonunda başa çatdırılacaq.

Bu barədə APA agentliyi ANAMA əməliyyat şöbəsinin meneceri Samir Poladova istinadla xəbər verir.Onun sözlərinə görə, bu ilin fevralından başlanan əməliyyat zmanı stansiyanın ərazisindən mina və əl qumbaraları tapılıb.Samir Poladov stansiyanın ətrafında 233 min kvadrat metr ərazinin yoxlanılacağını bildirib.

Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olub.Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yayında isə tərəflər arasında əldə olunan razılaşmaya əsasən stansiya Azərbaycan tərəfinə təhvil verilib.
XS
SM
MD
LG