Azərbaycan Prezidenti İlham Əliyev Quba-Küpçal-Küsnət avtomobil yolunun çəkilməsi ilə bağlı sərəncam imzalayıb. Prezident 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Quba Rayon İcra Hakimiyyətinə 5,3 milyon manat ayrıb.