Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:33

Millətçilər Ukrayna parlamentinə hücum ediblər


«Sağ sektor» hərəkatının fəalları
«Sağ sektor» hərəkatının fəalları
-
Kiyevdə radikal «Sağ sektor» hərəkatının tərəfdarları Ukrayna Ali Radasına hücum ediblər.

«Interfax-Ukrayna»nın yazdığına görə, «Sağ sektor» fəalları və radikal millətçi partiyasının üzvləri ətrafa şinlər toplayıblar. «İnqilab» qışqıran fəallar parlamentin qapılarındakı şüşələri qırıblar. Onlar Ukrayna Daxili İşlər naziri Arsen Avakovun istefasını və keçmiş müdafiə naziri Igor Tenyukh-un məhkəməyə cəlb edilməsini tələb edirlər.

Son vaxtlar hökumətlə «Sağ sektor», radikal millətçiləri birləşdirən partiya və onları müdafiə edən qruplarla hakimiyyət arasında ixtilaflar yaranır. Güc strukturları dəfələrlə radikalları əllərində olan silahları təhvil verməyə çağırıb.

Həftənin əvvəlində milisin keçirdiyi əməliyyat zamanı «Sağ sektor» liderlərindən biri Alexander Muzychko öldürülüb. Hüquq-mühafizə orqanlarına qarşı qanunsuz addımlar atmaqda ittiham olunan Alexander Muzychko martın 12-dən axtarışda idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG