Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:43

ABŞ-da Bin Ladenin kürəkəninə ömürlük cəza verilə bilər


ABŞ - 11 sentyabr, Nyu York 2001.
ABŞ - 11 sentyabr, Nyu York 2001.
ABŞ-da "Əl Qaidə" terror təşkilatının sabiq rəhbəri Osama bin Ladenin kürəkəni Sulaiman Abu Ghaith-i terrorçuluq və amerikalıları öldürmək üçün sui-qəsddə ittiham edilir.

İndi məhkəmə ona ömürlük həbs cəzası verə bilər.

Küveytli imam Abu Ghaith 11 sentyabr terror hücumundan sonra Amerika torpağında mühakimə edilən ən yüksək ranqlı "Əl Qaidə" yetkilisidir.

11 sentyabr terrorundan sonra o, bin Ladenlə birgə video yayıb hücuma görə məsuliyyəti etiraf etmişdi.

O, 2013-cü ildə Türkiyədə tutulub və Quantanamo həbsxanasına gətirilib.
XS
SM
MD
LG