Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Rusiya Hərbi Dəniz donanması delfinlərlə silahlanır


delfin
delfin
-
Rusiyanın hərbi dəniz donanması silahlanmaya hərbi delfin və dəniz pişiklərini qəbul etməyə hazlırlaşır. RİA Novosti Rusiya hərbi dəniz donanmasının maraqlarına xidmət edəcək hazırlıqların yaxın vaxtlarda Sevastopol dövlət oceanarium-da başlanacağını yazır.

Məlumata görə, sovet dövründə hərbi dəniz heyvanlarının fəal hazırlıqları Krımda davam etdirilib və bu iş Sovet İttifaqının dağılmasından sonra dayandırılıb, bir də 2012-ci ildə bərpa edilib.

Krımın Rusiyaya birləşdirilməsinə qədər delfinlərin hərbi hazırlıqları sovet proqramı ilə Ukrayna hərbi dəniz donanmasının maraqlarına uyğun hazırlanıb.

Oceanarium-dakı mənbənin agentliyə verdiyi məlumata görə, hazırda dəniz heyvanlarına daha yaxşı təlimlər keçmək üçün yeni cihazlardan istifadəyə başlanılıb.

Sevastopol oceanarium-u hərbi dəniz heyvanlarının hazırlanması üzrə dünyada San-Dieqodakı oceanarium-dan sonra ikincidir.

SSRİ-də hərbi delfinlərdən hərbi dəniz bazalarının keşiyinin çəkilməsində və düşmən dalğıclarının və minaların aşkarlanması üçün istifadə olunub. Bəzi dövrlərdə düşmən gəmilərinin partladılması üçün intiharçı-delfinlər də hazırlanıb.
XS
SM
MD
LG