Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:28

Gəncədə güllələnmə olub


güllə
güllə
-
Bu barədə məlumatı Gəncə şəhər Baş Polis İdarəsindən veriblər. Məlumata görə, hadisə ötən gecə saat 23 radələrində şəhərin I mikrorayonu ərazisində baş verib.

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Murad Nəbiyev 16 kalibrli ov tüfəngi ilə əvvəlcə havaya, sonra isə şəhər sakini, tanışı 1989-cu il təvəllüdlü Vüqar Qələndərovun ayaqlarına atəş açıb. V.Qələndərov hər iki budun dəlib keçən güllə yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisəni törədən M.Nəbiyev saxlanılıb. O, ilkin ifadəsində V.Qələndərovun onun ailəsinə qarşı nalayiq sözlər işlətdiyinə görə, silaha əl atdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG