Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:37

İstanbulda AZAL təyyarəsinin təkəri yanıb


Azerbaijan -- Azerbaijan Airlines (AzAL) Logo
Azerbaijan -- Azerbaijan Airlines (AzAL) Logo
-
İstanbulun Atatürk Hava Limanında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sağ təkəri yanıb.

ANS PRESS-in xəbərinə görə, “Azərbaycan Hava Yolları”na məxsus “Boeing 757-200” tipli sərnişin təyyarəsi saat 12:50-də Atatürk hava limanına enib.

Sərnişinlərin boşaldılmasından sonra təyyarənin sağdakı arxa təkərində anidən alov meydana gəlib. Xilasetmə qruplarının təyyarənin alışan təkərinə müdaxilə etməsiylə yanğın böyümədən qarşısı alınıb.

Təyyarədə baş verən bu nasazlıq aradan qaldırıldıqdan sonra uçuş üçün heç bir maneə olmadığı bildirilib və 14:30-da Bakıya uçuş həyata keçirilib.

Səlahiyyətlilər təyyarənin təkərlərinin yeni dəyişdirildiyini, alışmanın istiləşmədən baş vermiş ola biləcəyini qeyd edərək, İstanbul-Bakı uçuşunun problemsiz şəkildə reallaşdırıldığını bildiriblər.

“Azərbaycan Hava Yolları” QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli isə APA-ya açıqlamasında bu xəbərin doğru olmadığını bildirib:

“Bu, yalan məlumatdır. Biz bu məlumatın yayılmasından təəssüf hissi keçiririk”.
XS
SM
MD
LG