Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:06

Misir məhkəməsi Muhammad Morsi və onun 500-dən çox tərəfdarına ölüm hökmü verib


-
Misir məhkəməsi devrilmiş prezident Muhammad Morsi və onun Müsəlman Qardaşlığı partiyasının 529 üzvünə ölüm hökmü verib.

Müdafiə tərəfin vəkili Ahmad al-Sharif bildirir ki, bu məhkumlar ötən ilin avqustunda olan nümayişlərdə polisə hücum və polisi öldürmək də daxil olmaqla müxtəlif ittihamlarla günahlandırılırlar.

Məhkəmənin bu qərarından şikayət verilə bilər. Ahmad al-Sharif bildirir ki, Müsəlman Qardaşlarının 16 tərəfdarına bəraət verilib.

545 tərəfdara qarşı olan məhkəmə işi bir neçə dəfə təxirə salınıb.

Vəkil bildirir ki, onların məhkəməyə öz işlərini təqdim etmək üçün vaxtları olmayıb.

Təqsirləndirilənlərin bir çoxunun işinə qiyabi baxılıb.
XS
SM
MD
LG