Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:21

Ukrayna Ermənistandakı səfirini geri çağırır


Ivan Kukhta
Ivan Kukhta
-
Ukrayna Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə «Interfax-Ukrayna» məlumat yayıb.

«Biz Ermənistana müraciət etmişik ki, Krımın Rusiya tərəfindən ilhaq olunduğunu rəsmi şəkildə bəyan etsin. Ermənistanın mövqeyində Ukrayna ilə qeyri-dostluq məqamları görsək, bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək», - Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivsky bildirib.

Martın 19-da Rusiya prezidenti ilə telefon söhbətində Ermənistan prezidenti Krımın Rusiyaya birləşdirilməsinə dair referendumu tanıdığını bəyan edib.

Ermənistan xarici işlər nazirinin müavini Ukraynanın Yerevandakı səfiri ilə görüşündə mövqelərinin dəyişmədiyini və Ermənistanın xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəklədiyini deyib.
XS
SM
MD
LG