Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:08

NATO-nun baş katibi: “Krımın anneksiyası Avropa üçün həyəcan siqnalıdır”


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
“Krımın silah altında keçirilən referendum yolu ilə anneksiyası qanunsuzdur və bu, məsələnin dinc yolla həlli yönündə bütün səyləri zərbə altında qoyur”.

Bunu Washington-da Brookings İnstitutunda çıxış edən NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib.

Onun sözlərinə görə, Krımın Rusiya tərəfindən anneksiya edilməsi Avro-Atlantik İttifaqı, NATO üçün, Avropanın bütöv, azad və dinc mövcudluğuna sadiq olanlar üçün həyəcan siqnalıdır.

Rasmussen deyib ki, Krımın anneksiyası Soyuq müharibədən bəri, Avropanın təhlükəsizliyinə ən böyük təhdiddir. İlk növbədə, bunun o zamandan bəri qoşunların ən genişmiqyaslı yerdəyişməsi olması baxımından, digər tərəfdən isə 45 milyon insanın azadlığı və böhranın NATO sərhədlərinə yaxınlığı baxımından.

Rasmussen hesab edir ki, Krımı anneksiya etməklə Rusiya bir dövlət olaraq özünün beynəlxalq səviyyəli oyunçu mövqeyinə inamsızlıq yaradıb. Bu, BMT nizamnaməsinin də pozulmasıdır. O deyib ki, Rusiya öz beynəlxalq öhdəliklərinə əməl etməli, hərbi sahədə atdığı addımları dayandırmalı, Ukrayna ilə dialoqa getməlidir. NATO baş katibinin fikrincə, Rusiyanın indi tutduğu yol onun beynəlxalq arenada getdikcə daha çox təcrid olunmasına yol açır.

Rasmussen-ə görə daha böyük təhlükə odur ki, Putin dayanmaya bilər: "Mən Krımı daha böyük bir strategiyanın - Rusiyanın, yaxud azından Putinin uzunmüddətli strategiyasının bir hissəsi kimi görürəm. Bizim indi daha böyük narahatlığımız odur ki, Rusiya Krımdan da o yana gedəcəkmi, şərq bölgələrinə də müdaxilə edəcəkmi?"
XS
SM
MD
LG