Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:45

Nazir: Prezidentdən şad xəbər olacaq


Səlim Müslümov
Səlim Müslümov
-
«Ünvanlı sosial yardımın verilməsi üçün banklar arasında tender elan edilib. Bankomat şəbəkəsi olan bütün banklar bu tenderə qatıla bilər».

Bu barədə əmək və sosial müdafiə naziri Səlim Müslümov məlumat verib.

Nazir onu da bildirib ki, sosial müdafiə mərkəzlərinin rəhbərlərinə əhaliyə aid kartları sahiblərinə verməyi tapşırıb:

«Amma əhalidən gələn şikayətlər göstərdi ki, hələ də gizlədilən kartlar var. Bunun aradan qaldırılması üçün yeni tenderin keçirilməsi və yeni kartların olmasına ehtiyac vardı».

S. Müslümov əmək kitabçalarının ləğvi barədə də danışıb. O bildirib ki, bununla bağlı proqram təminatı başa çatdırılıb:

«Yaxın zamanlarda ilk seminar da keçiriləcək. İctimaiyyətə məlumat veriləcək. Bundan sonra proqram işə salınacaq. Bu proses tam bitdikdən sonra əmək kitabçalarına ehtiyac qalmayacaq. Elektron ünvanda hər kəs haqqında məlumat olacaq».

Nazir Qarabağ müharibəsi əlillərinə müavinət məsələsinə də toxunub:

«Prezidentin tapşırığı var. Bu günlərdə şad xəbərli fərman və sərəncamlar olacaq».
XS
SM
MD
LG